RU

İllərdir beynin dostu kimi sırıdılan maddə beynin düşməni çıxdı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Uzun illərdir “beyin dostu” kimi tanınan omega-3 əlavələri ilə bağlı yeni araşdırma diqqət çəkib. Çində aparılan tədqiqatda alimlər müəyyən ediblər ki, Alzheimer xəstəliyinə genetik meyilli bəzi insanlarda omega-3 əlavələrinin qəbulu daha sürətli idrak zəifləməsi ilə əlaqəli ola bilər.Demokrat.az xəbər verir ki, araşdırma zamanı 273 omega-3 istifadəçisi ilə 546 istifadə etməyən şəxs müqayisə olunub. Nəticələr göstərib ki, omega-3 qəbul edən qrupda yaddaş və düşünmə qabiliyyətini ölçən testlərdə geriləmə daha sürətli baş verib.Tədqiqatçılar xüsusilə Alzheimer riski ilə əlaqələndirilən APOE ε4 genini daşıyan şəxslərin bu əlavələrdən istifadə zamanı daha diqqətli olmalı olduğunu bildiriblər.Bununla yanaşı, alimlər vurğulayıblar ki, araşdırma omega-3 əlavələrinin birbaşa beyinə zərər verdiyini tam sübut etmir. Çünki tədqiqat müşahidə xarakterli olub və nəticələrə başqa faktorlar da təsir göstərə bilər.Həkimlər qeyd edirlər ki, omega-3 hər insan üçün avtomatik faydalı hesab edilməməlidir. Doza, istifadə müddəti və şəxsin sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.Həkimlər xüsusilə yaşlı insanlara, Alzheimer riski olanlara və mütəmadi dərman qəbul edən şəxslərə omega-3 əlavələrindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.Mütəxəssislərin fikrincə, omega-3-ü əlavələrdən deyil, qidalardan almaq daha təhlükəsiz seçim sayılır. Yağlı balıq, qoz, kətan toxumu və chia toxumu omega-3 baxımından zəngin məhsullar hesab olunur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
92
demokrat.az

1Источники