RU

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VIDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 000 ton dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.
 

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Altı vaqondan ibarət, çəkisi 406 ton olan gübrə və dörd vaqondan ibarət, çəkisi 276 ton olan taxıl mayın 10-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.


Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. (Report.az)

Избранный
25
49
news365.az

10Источники