RU

İğtişaşlara görə oyun yarımçıq qaldı

Fransa çempionatının gücünə görə ikinci divizionunda “Bastiya” ilə “Le Man” arasında keçirilən qarşılaşma tribunadakı iğtişaşlar səbəbindən əlavə vaxtda yarımçıq dayandırılıb.

Publika.az xəbər verir ki, förüşün sonlarına yaxın azarkeşlər meydana müxtəlif kənar əşyalar, o cümlədən fişənglər atmağa başlayıblar. Hadisə hesabın “Le Man”ın xeyrinə 2:0 olmasından sonra baş verib.

Bu nəticə qüvvədə qalacağı təqdirdə qonaq komanda Liqa 1-ə vəsiqəni təmin edəcək. “Bastiya” isə məğlubiyyət halında üçüncü liqaya yuvarlanacaq.

Избранный
79
publika.az

1Источники