RU

İran: "Əgər ABŞ yenidən səhvə yol verərək hücum etsə..."

"İran ehtimal olunan yeni hücum halında ABŞ üçün yeni texnika və silah növləri də daxil olmaqla, müxtəlif gözlənilməz variantlar hazırlayıb".

Publika.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.

"Əgər ABŞ yenidən səhvə yol verərək ölkəmizə hücum edərsə, şübhəsiz ki, gözlənilməz vəziyyətlərlə üzləşəcək. Bu variantlar daha müasir və fərqli hərbi texnikanı, yeni müharibə strategiyalarını və ən əsası isə tamamilə yeni sferaları əhatə edəcək", - deyə M.Əkrəminiya agentliyə müsahibəsində bildirib.

Избранный
33
3
publika.az

4Источники