Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib.
XQ-nin məlumatına görə, nazirliyin kollektivi Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanin də xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti