RU

“Yolda polislər düzmüşdük ki, onlara çörək, su verək” İlham Əliyev

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Onlar Xocalı soyqırımını törətdilər. Biz isə onlar Qarabağdan Ermənistana gedəndə yolda polislər düzmüşdük ki, onlara çörək, su verək. Bax, fərq budur.Demokrat.az xəbər verir ki, bunu mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə deyib.“Mən indi daha dərinə getmək istəmirəm, hər bir xalqda yaxşı və pis nümayəndələr var. Amma bütövlükdə götürəndə budur fərq. Zəngilanı yerlə-yeksan edən təkcə Ermənistan rəhbərləri deyildi, təkcə Qarabağ separatçıları deyildi. Demək olar ki, onların bütün əhalisi kütləvi surətdə gəlib talançılıqla məşğul idi. Hətta deyirdilər ki, gedirik talana. Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi – kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə”. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
3
demokrat.az

4Источники