RU

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış simalar instaqram hesablarından silinən izləyici saylarını açıqlayıblar. 

Axşam.az xəbər verir ki, kimi 10, kimi 30 min izləyici itirib. 

Müğənni Xuraman Şuşalı 30 min istifadəçinin profilindən silindiyini bildirib. Şikayətlənən Xuraman uzun illərdir instaqram səhifəsi açdığını və heç vaxt saxta izləyici yığmaq üçün pul xərcləmədiyini bildirib. 

Şair Nazilə Səfərli 33 mindən çox izləyicinin silindiyini paylaşıb. 

Aparıcı Lamiyə Ələkbərova da instaqram izləyicilərinin 30 min azaldığını açıqlayıb. 

Aparıcı Saleh Bağırov isə "İlk gün 2000, sonra da 1000. Toplam 3000 izləyicim getdi... Kütləvi təmizlənməyə mənim də səhifəm məruz qaldı. Özü də hamısı real izləyicilərim. Dəfələrlə təkliflər gəlsə də, heç vaxt süni artımadan istifadə etməmişəm və ilk gündən bunun əleyhinəyəm! Heç nə... Görək sonra nə olur, niyə olur, heyif ki, olur" sözlərini yazıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
axsam.az

1Источники