RU

Güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsini 4 medalla başa vurub

Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib. 

Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır.

Əşrəf Aşırovun (90 kq) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.

Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.

Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur

Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür

Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Избранный
70
5
apasport.az

6Источники