RU

ABŞ da istehlakçı inamı rekord səviyyədə aşağıdır

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı inamı rekord səviyyədə aşağıdır.

Banco.az xəbər verir ki, ABŞ-də Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı inamı indeksi may ayında 48,2 səviyyəsinə enərək bütün dövrlərin ən aşağı göstəricisini qeydə alıb və bazar gözləntilərindən aşağı olub.

Miçiqan Universiteti amerikalı istehlakçıların meyilləri əsasında hazırladığı may ayına dair ilkin istehlakçı inamı indeksi məlumatlarını yayımlayıb.

Məlumata görə, istehlakçı inamı indeksi may ayında əvvəlki ayla müqayisədə 1,6 bənd azalaraq 48,2 səviyyəsinə düşüb və tarixi minimumunu yeniləyib.

Bazar gözləntiləri həmin dövrdə istehlakçı inamı indeksinin 49,7 səviyyəsində olacağı istiqamətində idi. İndeks aprel ayında 49,8 səviyyəsində qeydə alınmışdı.

Amerikalıların mövcud maliyyə şəraitinə dair qiymətləndirmələrini əks etdirən cari iqtisadi şərait indeksi may ayında aylıq müqayisədə 4,7 bənd azalaraq 47,8 səviyyəsinə geriləyib.

İstehlakçıların uzunmüddətli gözləntilərini göstərən istehlakçı gözləntiləri indeksi isə eyni dövrdə 0,4 bənd artaraq 48,5 səviyyəsinə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
banco.az

2Источники