RU

“Stellantis” Çin şirkəti “Leapmotor” ilə əməkdaşlığını dərinləşdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis” Çin şirkəti “Leapmotor” ilə əməkdaşlığını dərinləşdirir.

Banco.az xəbər verir ki, “Stellantis NV” çinli “Leapmotor” ilə əməkdaşlığını genişləndirməyi planlaşdırır. Bu çərçivədə “Opel” markası altında elektrikli modelin birgə hazırlanması, İspaniyadakı zavodlardan birinin mülkiyyətinin “Leapmotor”a ötürülməsi və ortaq satınalmaların artırılması nəzərdə tutulur.

“Opel”in baş icraçı direktoru Florian Hüttl müsahibəsində bildirib ki, şirkətin mühəndisləri artıq “Leapmotor”dakı həmkarları ilə birlikdə işləməyə başlayıblar. Qeyd olunub ki, “Volkswagen”in “Tiguan” modeli və “Hyundai”nin “Tucson” modeli ilə rəqabət aparacaq orta ölçülü idman tipli yolsuzluq avtomobili hazırlanır və həmin nəqliyyat vasitəsi İspaniyanın Saraqosa şəhərində istehsal ediləcək. Şirkət cümə günü yaydığı açıqlamada bu idman təyinatlı yolsuzluq avtomobilinin istehsalına 2028-ci ildə başlanıla biləcəyini bildirib.

Bu addım iri Qərb avtomobil istehsalçısının Avropadakı məhsul çeşidini gücləndirmək üçün Çin texnologiyasına etibar etməsinin ilk nümunələrindən biri olacaq.

Digər tərəfdən, “Jeep”, “Ram” və “Peugeot” markalarının da istehsalçısı olan “Stellantis” Madriddə yerləşən zavodlardan birinin mülkiyyətini çinli tərəfdaşı ilə yaratdığı birgə müəssisəyə ötürməyi də nəzərdən keçirir. “Stellantis” 2023-cü ildə yaradılmış “Leapmotor” tərəfdaşlığında 51 faiz paya malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
43
1
banco.az

2Источники