ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın büdcə kəsiri ikiqat artıb.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, federal büdcə gəlirləri yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 11,7 trilyon rubla enib.
Həmin dövrdə büdcə xərcləri 15,7 faiz artaraq 17,6 trilyon rubla yüksəlib, federal büdcə kəsiri isə 97 faiz artımla 5,9 trilyon rubla çatıb.
Beləliklə, Rusiyanın büdcə kəsiri 2026-cı il büdcə qanununda ilin tamamı üzrə nəzərdə tutulan 3,786 trilyon rubl səviyyəsini üstələyib.
Açıqlamada qeyd olunub ki, ilin əvvəlində yüksək büdcə kəsirinin yaranması əsasən xərclərin əvvəlcədən maliyyələşdirilməsi ilə bağlıdır və büdcə gəlirləri ilə xərclərinin dinamikası struktur büdcə kəsiri hədəflərinə uyğundur.
Ölkənin neft və təbii qaz gəlirləri aşağı neft qiymətlərinin təsiri ilə yanvar-aprel dövründə 38,3 faiz azalaraq 2,3 trilyon rubla düşüb. Neft və qazdan kənar gəlirlər isə 10,2 faiz artaraq 9,4 trilyon rubla çatıb.
Rusiyada büdcə xərcləri xüsusilə müdafiə sənayesinə yönələn vəsaitlərin artması səbəbindən son illərdə əhəmiyyətli dərəcədə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.