Yaponiyanın paytaxtı Tokion yaxınlığında sərnişin qatarında naməlum kimyəvi maddənin püskürdülməsi nəticəsində azı 10 nəfər zərər çəkib. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Azreform.info xəbər verir ki, bu barədə "Japan News" portal məlumat yayıb.
Hadisənin Kavasaki stansiyasında baş verdiyi bildirilir. Vaqondakı sərnişinlərin vəziyyəti qəfildən pisləşib: onlarda şiddətli öskürək, boğulma və güclü göz yaşarması müşahidə edilib.
Əraziyə 20-dən çox təcili tibbi yardım maşını cəlb olunub. Xəstəxanaya yerləşdirilən üç nəfər ər, arvad və onların bir yaşlı qızıdır.
Qatarların hərəkəti müvəqqəti dayandırılıb. Kimyəvi maddəni yayan naməlum şəxsin axtarışları davam edir.(oxu.az)