RU

Kremldən Ermənistana “qırmızı xətt” xəbərdarlığı – Zelenskiyə qəsdən şərait yaradıblar...



Kremlin sözçüsü Peskov, Ermənistanın Ukrayna prezidenti Zelenskinin "Rusiya əleyhinə bəyanatlar" verməsi üçün şərait yaratdığını iddia edib.

Rusiya dövlət televiziyasına verdiyi müsahibəsində İrəvan və Moskva arasında gərginliyin artmasına səbəb olan hadisələrdən danışan Peskov, Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşdıqlarını, lakin Rusiya əleyhinə münasibətlərin "qırmızı xətt" olduğunu bildirib.

Peskov Zelenskini Ermənistan ərazisindən istifadə edərək rusofob mesajlar göndərdiyinə görə tənqid edib: "Rusiya müttəfiq Ermənistanda Zelenskiyə rusofobik bəyanatlar verməsi üçün şərait yaradılmasını qəbuledilməz hesab edir. Bu, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ruhuna uyğun deyil. İrəvandan bu məsələ ilə bağlı aydın izahatlar gözləyirik".

O, Rusiyanın Ermənistanın Avropa İttifaqı (AB) ilə qurduğu münasibətlərə qarşı çıxmadığını vurğulayıb: "Ermənistanın Aİ ilə zirvə görüşü də daxil olmaqla, istənilən tədbirə ev sahibliyi etmək hüququ var. Lakin Moskva İrəvanın Zelenskiyə Rusiya əleyhinə bəyanatlar vermək üçün platforma verməsini anormal hesab edir".

Rusiya ilə Ukrayna arasındakı münaqişədə Ermənistanın tərəf olmamasının vacibliyini xatırladan Peskov, protokol qaydalarına riayət etməyi təbii hesab etsə də, münasibət məsələsində həssas olduğunu bildirib: "Moskva ilə Kiyev arasındakı münasibətlərdəki problemlər Ermənistanın müharibəsi deyil. Bizim üçün ən vacib məqam İrəvanın Rusiya əleyhinə mövqe tutmamasıdır".

Tahir TAĞIYEV

Избранный
38
baki-xeber.com

1Источники