RU

Krivotsyuk məğlubiyyətə mane ola bilmədi

Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında “Pohanq”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

"Daejeon" 16 xalla 8-ci pillədədi.

Избранный
30
football-plus.az

1Источники