RU

Tünd çay içməyinbu zərəri var imiş

Gün ərzində həddindən artıq tünd çay içmək sağlamlıq üçün bəzi risklər yarada bilər.Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə güclü dəmlənmiş çayın normadan artıq qəbulu orqanizmə mənfi təsir göstərə bilər. Tünd çayın tərkibində yüksək miqdarda kofein olduğu üçün bu hal yuxusuzluq, əsəbilik və ürək döyüntüsünün artmasına səbəb ola bilər. Axşam saatlarında çox içilən tünd çay yuxu rejimini poza və insanın keyfiyyətli istirahət etməsinə mane ola bilər.Həkimlər qeyd edir ki, tünd çayın həddindən artıq istifadəsi mədə problemlərini də artırır. Xüsusilə qastrit və reflüksdən əziyyət çəkən insanlarda mədə yanması və narahatlıq yarana bilər. Boş mədəyə içilən güclü çay isə ürəkbulanma hissi yarada bilər.Bundan əlavə, tünd çay dəmirin orqanizm tərəfindən sorulmasını azalda bilər. Bu səbəbdən qanazlığından əziyyət çəkən insanlara yeməkdən dərhal sonra çox çay içmək tövsiyə edilmir.


Избранный
131
27
metbuat.az

10Источники