RU

Almaniyaya aparılan “Hitler arxivi” gömrükdə saxlanıldı

Ukrayna vətəndaşı Almaniyaya aparmaq istədiyi 1930-cu illərə aid Adolf Hitler təsvirli beş açıqca ilə sərhəddə saxlanılıb.

Musavat.com xəbər verir ki, hadisə “Çop–Praqa” qatarında sərnişinlərin əl yükünə baxış zamanı baş verib.

53 yaşlı qadının çamadanında nasist Almaniyası dövrünə aid açıqcalar aşkar edilib.

Zakarpatye Gömrük Xidmətinin məlumatına görə, 1945-ci ildən əvvəl nəşr olunan çap məhsullarının ölkədən çıxarılması üçün xüsusi icazə sənədi tələb olunur. Qadının isə belə bir sənədi olmayıb.

Aşkarlanan açıqcalar gömrük əməkdaşları tərəfindən müsadirə edilib.

 

Musavat.com

Избранный
93
musavat.com

1Источники