Türkiyənin Sosial Təminat Qurumu (SGK) çalışan analar üçün verilən “analıq ödənişi” müddətini uzadıb.
Musavat.com xəbər verir ki, SGK-nın açıqlamasına görə, tək hamiləliklərdə analıq ödənişi müddəti 16 həftədən 24 həftəyə, çoxtaylı hamiləliklərdə isə 18 həftədən 26 həftəyə qaldırılıb.
Qurum bildirib ki, 16 oktyabr 2025-ci il tarixindən etibarən doğum edən və hesabat müddəti 1 may 2026-cı ildən əvvəl başa çatan analara da əlavə 8 həftəlik ödəniş ediləcək.
Bunun üçün işəgötürənlərin SGK-ya müvafiq bildiriş təqdim etməsi tələb olunur.
Məlumata görə, qərar işləyən anaların sosial təminat imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Musavat.com