RU

Netanyahu Hörmüz boğazı ilə bağlı yanlış hesablamanı etiraf edib

BAKI, 11 may. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı müharibədən əvvəl Hörmüz boğazındakı vəziyyətin mümkün nəticələrini tam qiymətləndirə bilmədiyini etiraf edib.

Teleqraf xəbər verir ki, Netanyahu bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

İlkin mənbəyə görə, İsrail hökumət başçısından mediada yayılan, onun əməliyyatdan əvvəl ABŞ tərəfinə İran rəhbərliyinin o qədər zəifləyəcəyini və Hörmüz boğazını bağlaya bilməyəcəyini söyləməsi barədə məlumatlara münasibət bildirməsi istənilib.

“Düşünmürəm ki, bunu dəqiq hesablamaq mümkün idi. Amma hesab edirəm ki, Hörmüz boğazı məsələsinin əhəmiyyəti döyüş əməliyyatları zamanı daha aydın başa düşüldü”, - Netanyahu deyib.

O bildirib ki, vəziyyətin yanlış qiymətləndirildiyini tam şəkildə qəbul etmir:

“Mən hadisələri ideal şəkildə qabaqcadan görə bildiyimi iddia etmirəm və heç kim buna qadir deyil. İranlılar da yox”.

Избранный
67
teleqraf.com

1Источники