RU

Netanyahu İsrailin ABŞ-nin hərbi dəstəyini azaltmaq istədiyini açıqlayıb

İsrail ABŞ tərəfindən hərbi sahədə göstərilən maliyyə dəstəyini azaltmağa ümid edir.

 

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu "CBS News" telekanalına verdiyi müsahibədə bildirib.

 

ABŞ-ın maliyyə dəstəyinin azaldılması imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında İsrailin baş naziri bunu təsdiqləyib. “Əlbəttə. Mən bu barədə prezident Donald Trampa da demişəm”, - deyə Netanyahu qeyd edib.

 

“Mən ABŞ-ın maliyyə dəstəyini, hərbi əməkdaşlığımızın maliyyə komponentini sıfıra endirmək istəyirəm. Çünki biz hər il 3,8 milyard dollar alırıq. Hesab edirəm ki, qalan hərbi dəstəkdən də imtina etməyin vaxtıdır”, - deyə İsrailin baş naziri bildirib.

 

Trend

Tarix: 11 May 2026, 07:11   
Избранный
137
pravda.az

1Источники