Bakı, 11 may, AZƏRTAC
ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.
Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.