RU

Netanyahu Müctəba Xameneinin sağ olduğuna inanır

İsrail Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğuna inanır.

Netanyahu bu barədə "CBS News"a müsahibəsində bildirib.

“Düşünürəm ki, o, sağdır. Onun vəziyyəti barədə nəsə demək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdədir”, - Baş nazir qeyd edib.

İsrail lideri Müctəba Xameneinin "səlahiyyətlərini həyata keçirməyə çalışdığını" vurğulayıb. O əlavə edib ki, lakin bu, Seyid Əli Xameneinin səlahiyyəti ilə müqayisədə daha azdır.

Избранный
46
4
apa.az

5Источники