RU

İranda MKİ və Mossadla əməkdaşlıqda ittiham olunan şəxs edam edildi

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranda Ərfan Şakurzadə Mərkəzi Kəşfiyyat İdarəsi və Mossadla əməkdaşlıq ittihamı ilə edam olunub.

Redaktor.az xəbər verir ki, bu barədə "Mizan" xəbər agentliyi məlumat yayıb.

İran məhkəmə sistemi Şakurzadəni ölkənin elmi təşkilatlarından birində fəaliyyət göstərdiyi dövrdə xarici kəşfiyyat xidmətlərinə məxfi elmi məlumatlar ötürməkdə günahlandırıb.

Məhkəmə ilə əlaqəli media qurumları onun xarici xüsusi xidmət orqanları ilə üç mərhələdə əlaqə saxladığını iddia edib. Bildirilib ki, həmin əlaqələrin ikisi Mossad, biri isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlı olub.

Bununla yanaşı, yayılan hesabatda bu iddiaları təsdiqləyən konkret sübutlar təqdim edilməyib.

Məlumata görə, Şakurzadə 2025-ci ildə SEPAH tərəfindən “casusluq və düşmən ölkələrlə əməkdaşlıq” ittihamı ilə həbs olunmuş və daha sonra ölüm cəzasına məhkum edilmişdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
redaktor.az

2Источники