RU

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı, 11 may, AZƏRTAC

Rumıniyada şahmatın rapid növü üzrə Buxarest Qran-Prisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 27 ölkənin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.

Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martines Alkantara və A. Süleymanlı yekunda 1-2-ci yerləri bölüşdürüblər. Azərbaycan milli komandasının üzvü əlavə göstəricilərə görə, turniri 2-ci pillədə başa vurub.

Digər şahmatçı Rauf Məmmədov isə 8 xalla 7-ci yeri tutub.

Qeyd edək ki, Qran-Pridə 581 şahmatçı mübarizə aparıb.

Избранный
27
5
azertag.az

6Источники