Ə. Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb:“Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi artıq. Amma əsgərliyini görmüşdü. Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım. Amma Zəngilanda döyüşsə də, dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi. Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu”. Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq. Telli Minbir



