RU

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Tbilisi, 11 may, AZƏRTAC

Unudulmaz şəxsiyyət, əməlləri və ideyaları ilə insanların qəlbində silinməz iz qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycanlı İş Adamları Birliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, ayrı-ayrı vətəndaşlar, soydaşlarımız, eləcə də müxtəlif təşkilatların təmsilçiləri Tbilisidə və Rustavidə Ulu Öndərin adını daşıyan parklarda Heydər Əliyevin abidəsini ziyarət edib, əklil və gül dəstələri düzüblər.

Bundan başqa, Tbilisidə, Batumidə, Marneulidə, Bolnisidə, Rustavidə və digər bölgələrdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar fotosərgilər, dəyirmi masalar, konfrans və konsert proqramları təşkil olunub.

AZƏRTAC həmin tədbirlərdən fotoreportajı təqdim edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
30
2
azertag.az

3Источники