RU

Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 11.05.2026-cı il tarixində saat 02:20 radələrində 5 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib.

Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z. Məmmədov adına xəstəxanaya təxliyə olunublar.

Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

07:13

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Избранный
49
50
apa.az

10Источники