ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Çelsi”nin müdafiə xəttinin premyer-liqada uğursuz seriyası davam edir."Football-plus.az" xəbər verir ki, “Liverpul”la matçda (1:1) da qapısında qol görən London klubu ardıcıl 14-cü çempionat oyununda top buraxıb. Hesabı 6-cı dəqiqədə açan Rayan Qravenberx “Çelsi”nin son 35 ildəki ən pis göstəricisini rəsmiləşdirib. Paytaxt komandası bu planda uğursuz seriya ilə sonuncu dəfə 1991-ci ildə üzləşib və ardıcıl 17 oyunda qapısında qol görüb.Onu da qeyd edək ki, “Çelsi” premyer-liqada sonuncu dəfə yanvarın 17-də “Brentford”la keçirilən matçda (2:0) qapısını toxunulmaz saxlaya bilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.