RU

Məşhur reperin həyat yoldaşı yenə geyimi ilə gündəmdə

Məşhur amerikalı reper Kanye Uestin həyat yoldaşı, memar Bianka Sensori yenidən qeyri-adi tərzi ilə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, 31 yaşlı Sensori sosial şəbəkə hesabında paylaşdığı yeni fotosu ilə geniş müzakirələrə səbəb olub. O, bu dəfə boz rəngli dar losin üzərindən ultraaçıq qara monokini geyinərək kamera qarşısına keçib. Bədəni demək olar ki, tam şəkildə nümayiş etdirən obraz onun ideal fiqurunu ön plana çıxarıb.

Bianka görünüşünü hündürdaban ayaqqabılarla tamamlayıb, açıq qəhvəyi saçlarını isə sərbəst buraxıb.

Qeyd edək ki, Sensorinin qeyri-standart və açıq-saçıq moda seçimləri artıq onun əsas fərqləndirici xüsusiyyətinə çevrilib. Onun geyimləri tez-tez həm moda tənqidçiləri, həm də sosial şəbəkə istifadəçiləri arasında müzakirə olunur.

Bir müddət əvvəl Bianka Kanye Uestlə birlikdə Şato Marmont yaxınlığında görüntülənmişdi. Həmin vaxt da o, bədən rəngində bodi və gümüşü kolqotka kombinasiyası ilə diqqət çəkmişdi.

Избранный
58
3
publika.az

10Источники