RU

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Bakı, 11 may, AZƏRTAC

Azərbaycanda mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.

Избранный
54
49
azertag.az

10Источники