RU

Vüsal son turda “Partizani”yə lazım olmadı – ARENA.AZ

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün sonuncu – 36-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Partizani” 36 oyuna topladığı 48 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci yeri tutub. Sözügedən komanda 36 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
30
10
arena.az

10Источники