RU

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, sanksiya siyahısına daha 85 mövqe əlavə edilib. Dominos pizza

Bu sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli şəxs və qurumlara qarşı tətbiq olunub.


Telegram kanalımız
Избранный
12
12
yenisabah.az

10Источники