RU

Araşdırma: Oğlan qardaşı olan qızlar daha həssas ola bilər

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qardaşla böyüməyin qız uşaqlarının emosional reaksiyalarına təsir göstərə biləcəyi bildirilir. 

Ölkə.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ailədaxili bacı-qardaş münasibətləri şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Xüsusilə oğlan uşaqlarının daha hərəkətli, rəqabətcil və bəzən sataşmağa meyilli davranışları evdəki münasibətlərə təsir edə bilir.

"American Psychological Association və University of Cambridge" mənbəli ailədaxili davranış araşdırmalarında qeyd olunur ki, bacı-qardaş arasındakı münaqişələr yeniyetməlik dövründə stress səviyyəsini artıra bilər. 

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət xüsusilə qızlarda daha sürətli emosional reaksiya vermə, səbirsizlik və həssaslığın artması şəklində özünü göstərə bilər.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
2
olke.az

3Источники