RU

İsmayıllıda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsmayıllıda atmosferə normadan artıq zərərli tullantı ixrac edən avtomobillərlə bağlı profilaktik tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirin əsas məqsədi avtomobillərdən atmosferə atılan zərərli tullantıların yaratdığı ekoloji və sağlamlıq risklərinin qarşısını almaq olub.

Tədbir zamanı yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər apararaq avtonəqliyyat vasitələrinin texniki sazlığının daim nəzarətdə saxlanılmasının vacibliyini diqqətə çatdırıblar.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrində nasazlıqların aradan qaldırılmasının vacibliyi bildirilib.

Qeyd olunub ki, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə bu istiqamətdə profilaktik tədbirlər davam etdiriləcək.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
avtosfer.az

2Источники