RU

Şröder vasitəçi olmaq istədi, Kiyev “nayn” dedi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiya ilə Avropa İttifaqı arasında danışıqlar aparan nümayəndəsi roluna namizədliyi ilə razı deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir bu açıqlamanı Brüsseldə Moskva ilə əlaqələr üçün mümkün Aİ nümayəndəsi ilə bağlı müzakirələri şərh edərkən verib.

Daha əvvəl Avropa Birliyi diplomatiya rəhbəri Kaya Kallas da Vladimir Putin tərəfindən təklif edildiyi bildirilən bu namizədliyə qarşı çıxmışdı.

Lakin Almaniya belə bir təyinatın mümkünlüyünü tamamilə istisna etməyib.

Qeyd edək ki, federal kansler olduğu dövrdə Rusiyaya loyallığı ilə seçilən, Qırmızı meydanda keçirilən qələbə paradına qatılan, Putinlə xüsusi dostluq münasibəti olan G.Şröder vəzifədən gedəndən sonra Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurasının sədri təyin edilib.

Musavat.com

Избранный
46
musavat.com

1Источники