RU

Şəmkirdə yanıq xəsarəti alan 23 yaşlı gənc öldü

Şəmkirdə ehtiyatsızlıq səbəbindən yanıq xəsarəti alan 23 yaşlı kişi ölüb.
Yenicag bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-də manqal qalayan zaman benzin ilə ehtiyatsız davranması səbəbindən ağır – 3-cü dərəcəli yanıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq mayın 10-da vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Избранный
90
2
yenicag.az

4Источники