RU

Məncə, bu qədər xal istəyimizə çatmağa bəs edəcək Luis Enrike

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Liqa 1-in 33-cü turu çərçivəsində dünən öz meydanında "Brest"i 1:0 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Luis Enrike matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, o, komandasının çempionluq şanslarını dəyərləndirib:

"Bu xallar bizə lazım idi. Məncə, bu qədər xal istəyimizə çatmağa bəs edəcək. İndi "Arsenal"la mayın 30-da Budapeştdə keçirəcəyimiz Çempionlar Liqasının final oyunu ərəfəsində qarşıdakı iki çempionat matçına fərdi qaydada hazırlaşa biləcəyik.

"Lans"ın necə mövsüm keçirdiyini vurğulamaq vacibdir. Onlar inanılmaz səviyyə nümayiş etdirdilər. Bizim üçün çətin oldu. Əvvəlki iki mövsümdə hər şey daha rahat idi. Amma PSJ-nin formasını geyinirsənsə, həmişə hazır olmalısan. Ona görə də "Lans"la oyuna ciddi hazırlaşacağıq. Futbolçuların oyun vaxtını düzgün balanslaşdırmalıyıq. Əsas hədəf mayın 30-dakı qarşılaşmadır".

Hazırda 73 xalı olan PSJ sona iki tur qalmış "Lans"ı 6 xal qabaqlayır.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
1
fanat.az

2Источники