ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində keçiriləcək sammitində iştirak etməyəcək.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü bildirib.
O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib.
Paşinyan 9 may paradında olduğu kimi, bu dəfə də seçkiqabağı kampaniya ilə məşğul olacağını əsas gətirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.