RU

Sabah Zirə matçından ortaq yayın olacaq? PFL rəsmisi açıqladı

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 13-də Bizon ölkə kubokunun final oyunu keçiriləcək. "Palms Sports Arena"da "Sabah"la "Zirə"ni qarşılaşacaq. Oyun saat 20.00-da start götürəcək.Daha əvvəl tribunalarda anşlaq olacağını yazmışdıq. Ona görə ki, satışa çıxarılan 8161 biletdən artıq 6500-ü satlılıb. Böyük ehtimalla, matçın start fitinə qədər bütün biletlər tükənəcək.Bəs, görüş harda yayınlanacaq? Yayının bir neçə telekanalda həyata keçirilməsi nəzərdə tutulub, yoxsa bu dəfə də yalnız "CBC Sport" iş başında olacaq? Matçı evdən, kofe və restoranlardan izləmək istəyənlərin çoxluğunu nəzərə alıb, bu məsələni araşdırdıq.PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bu barədə "Football-plus.az"a açıqlama verdi:

"Bəli, oyunu yalnız "CBC Sport" yayınlayacaq. Başqa telekanallarla, eləcə də "İdman" TV ilə ortaq yayın planlaşdırılmır".

KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
icma.az

2Источники