RU

İki güləşçimiz AÇ nin yarımfinalında

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yunan-Roma güləşi üzrə U-17 millimizin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti görüşlərini keçiriblər."Football-plus.az" xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov 1/4 finalda Ukrayna təmsilçisi Danyil Melniçuka 3:4 hesabı ilə məğlub olub.65 kq-da mübarizə aparan Orxan Həbibli də 1/4 final mərhələsində rusiyalı Aslan Dzuevə 4:8 hesabı ilə uduzub.55 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov isə uğurlu çıxışı ilə diqqət çəkib. Güləşçimiz 1/4 finalda ukraynalı Raxman Qamidov üzərində tam üstünlüklü qələbə qazanıb - 11:2.Bu nəticə ilə o, yarımfinal mərhələsinə yüksəlib.Bundan əvvəl Ömər Salmanov (48 kq) da yarımfinala vəsiqə əldə etmişdi.Qeyd edək ki, yunan-Roma güləşçimiz Ömər Salmanov (48 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının yarımfinalında Macarıstan təmsilçisi Benedek Tomborla qarşılaşacaq.Digər təmsilçimiz Qurban Məcnunov (55 kq) isə yarımfinal mərhələsində norveçli Abu Bakar Saqa ilə üz-üzə gələcək.U-17 Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Yarış mayın 17-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники