RU

Türkiyə hərb sahəsində inqilab etdi

İsrail mediası Türkiyənin yeni hazırlanmış yeni nəsil pilotsuz sualtı qayığını “sualtı inqilab” sözləri ilə manşet edib.

“Cebheinfo.az” xəbər verir ki, İsrailin “JDN” agentliyi bu barədə yazıb. 

İstanbul Texniki Universiteti mərkəzli müdafiə sənayesi şirkəti “Datum Denizaltı Teknolojileri AŞ” tərəfindən hazırlanmış platformaların gələcək dəniz müharibəsində tarazlığı dəyişdirə biləcəyi qeyd edilir. 

Burada vurğulanan sistemlərdən biri də “Sinarit” pilotsuz sualtı qayığı olub.Təxminən 3,8 metr uzunluğunda və modul yük bölməsi ilə təchiz olunmuş nəqliyyat vasitəsi sursat, avadanlıq və müxtəlif missiya sistemlərini daşıya bilir.

Platformanın standart yük konteynerlərində daşınacağı və hərbi nəqliyyat təyyarələrindən endirilə biləcəyi xəbər verilir.

“JDN”-nin məlumatına görə, sistemin aşağı akustik və radar izi sayəsində səs dalğaları, radarlar tərəfindən  aşkarlanmasını çətinləşdirir. 

Bu əlamətlər xüsusilə də həssas ərazilərdə gizli əməliyyatların keçirilməsi zamanı əhəmiyyətli bir üstünlük təmin edə bilər.

Həmçinin qeyd olunur ki, “Sinarit” platforması torpedalar, dəniz minaları, gəmi əleyhinə raketlər və bəzi hava hücumundan müdafiə sistemləri daşıya bilər.

Nəqliyyat vasitəsi lojistik dəstək, xüsusi əməliyyatlar və müxtəlif pilotsuz sistemlərin yerləşdirilməsi kimi tapşırıqlarda da istifadə edilə bilər.

“Datum Denizaltı Teknolojileri AŞ” uzunmənzilli gizli yerləşmə üçün hazırlanmış komando sualtı qayığını, eləcə də strateji sualtı infrastrukturu hədəf alan əməliyyatlarda istifadə edilə bilən müxtəlif platformaları təqdim edib. 

İsrail mətbuatına görə, bu sistemlərin ən diqqətəlayiq cəhətlərindən biri onların kütləvi istehsal üçün hazırlanmasıdır.

Məqalədə qeyd edilir ki, çoxsaylı ucuz platformaların eyni vaxtda yerləşdirilməsi gələcək dəniz müharibəsi konsepsiyalarını dəyişdirə bilər.

“JDN” bir çox ölkənin artıq bu texnologiyaya maraq göstərməyə başladığını və Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış pilotsuz dəniz sistemlərinin qarşıdakı dövrdə qlobal miqyasda daha çox diqqət çəkə biləcəyini yazıb.

Избранный
30
1
cebheinfo.az

2Источники