Konkret.az saytına istinadən ain.az xəbər verir.
Aktyor Elşən Orucov sosial şəbəkə hesablarında generalla fotosunu paylaşaraq onu təbrik edib.
KONKRET.az oxu24com-a istinadən xəbər verir ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor general Rza Talıbovla fotosunu paylaşaraq onun doğum gününü təbrik edib.
Qeyd edək ki,R.Talıbov Dövlət Miqrasiya Xidməti,Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.
O,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabbiq sədri Vasif Talıbovun oğludur.
Xatırladaq ki,Rza Talıbov 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirib.
2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.
2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.
2007-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlayıb.
2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlayıb.
2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirib. 2014-cü ildə Böyük Britaniyanın Anglia Ruskin Universitetinin magistr dərəcəsinə layiq görülüb.
2015-ci ildə dosent elmi adını alıb. Həmin ildən Dövlət Miqrasiya Xidmətində fəaliyyətə başlamış və hazırda Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli fərmanı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.