Ermənistanın baş naziri Nikol Paşinyan Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcək.
Yenicag.az xəbər verir ki, ölkə lideri bu barədə jurnalistlərlə söhbətində məlumat verib.
“Mən aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya prezidentinə seçki kampaniyası səbəbindən (Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisi nəzərdə tutulur – red.) Aİİ-nin sammitində iştirak edə bilməyəcəyimi dedim. Dünən Qazaxıstan prezidentinə də zəng edərək, sammitə qatıla bilməyəcəyimi söylədim”, – deyə Ermənistanın dövlət başçısı bildirib.
Paşinyan bildirib ki, sammitdə Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.
Xatırladaq ki, Aİİ-nin növbəti iclası mayın 28-29-da Astanada keçiriləcək./oxu.az/