“Yeni doğulan uşağın “40-dan çıxarılması”, “uşaqgörmə” kimi anlayışları kim düşünüb, kim icad edib axı? Tibbdə “40” anlayışı yoxdur!”
Musavat.com bildirir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib.

Pediatr qeyd edib ki, tibbdə uşaq doğulduqdan sonrakı ilk 4 həftə, yəni 28 gün “yeni doğulma dövrü” adlanır:
“Bu, körpənin həyatının ən həssas, ən spesifik mərhələsidir və bu dövrü ayrıca bir elm sahəsi öyrənir. Vəssalam! “Gedim filankəsin uşağını görüm” adətini kim çıxarıb? İnsanlar bəzən fərqinə varmadan özləri ilə birlikdə virusları, infeksiyaları da körpənin yanına aparırlar. Yeni doğulmuş uşağın immun sistemi hələ tam formalaşmayıb. Ailə üzvlərindən başqa heç kim bu dövrdə körpə ilə yaxın kontaktda olmamalıdır! Doğum evindən çıxdıqdan bir neçə gün sonra körpənin qızdırması qalxırsa, çox vaxt səbəb elə həmin “viruslu qonaq” olur. “Uşaq görməyə” gedərkən bir anlıq sevinc yaşansa da, bunun körpə üçün ciddi riskə çevrilə biləcəyini unutmaq olmaz”.
Xalidə,
Musavat.com