RU

9 may paradı Rusiyanın taktiki və strateji çöküşü idi – Politoloq 

“Rusiya hər il 9 may hərbi paradını öz hərbi potensialını nümayiş etdirmək və güc nümayişi kimi təntənəli sürətdə qeyd edirdi. Bir növ, 9 may Rusiyanın gücü kimi təqdim olunan bir təqvimə çevrilmişdi. Bu güc təqvimi ötən gün 9 mayda sona çatdı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Rusiyanın qürurla və əzələ nümayişi kimi təntənəli qeyd etdiyi qələbə günü kimi Ukrayna prezidenti V. Zəlenskinin sərəncamı ilə baş tutduğunu qeyd etmək olar:

“Bu parad hərbi texnikasız keçirildi. Bununla da Rusiyanın rəqibləri qarşısında strateji zəifləməsinin göstəricisi idi. Çünki, keçirilən paradlarda raket artilleriya qurğuları, qitələrarası ballistik raketlər, strateji bombardmancı təyyarələr nümayiş etdirilirdi. Bu, Kremlin Qəribə qarşı güc nümayişi idi. Bu il isə, Moskvada keçirilən parad sönük və yalnız canlı qüvvənin keçidi kimi reallaşdı. Bununla da Rusiya imperiyasının Qərb qarşısında taktiki məğlubiyyəti oldu.Bu paradın baş tutub -tutmaması Kremldən deyil, məhz "üç günə işğal" edəcəyi Kiyevin qərarından asılı idi.V. Zelenski isə, Qırmızı meydanda paradin keçirilməsinə icazə verən sərəncam imzalamaqla V. Putinə böyük bir psixoloji zərbə vurdu”.

Vasif

Избранный
15
1
adalet.az

2Источники