RU

Lamin Yamal Kriştianu Ronaldunu geridə qoydu

"Barselona"nın gənc ulduzu Lamin Yamal cəmi 18 yaşında İspaniya çempionatında qələbə sayına görə portuqaliyalı hücumçu Kriştianu Ronaldunu geridə qoyub.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, İspaniya millisinin üzvü "Barsa"nın heyətində üç dəfə La Liqanın qalibi olub.

Ronaldu isə doqquz il "Real Madrid"də oynasa da, cəmi iki dəfə İspaniya çempionu adına yiyələnib.

Qeyd edək ki, Kataloniya təmsilçiləri ötən gün prinsipial qarşılaşmada "Real Madrid"i məğlub edərək (2:0) vaxtından əvvəl titula yiyələniblər.

"Cebheinfo.az"

Избранный
1
2
cebheinfo.az

4Источники