RU

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Berlin, 11 may, AZƏRTAC

İnanıram ki, WUF13 zamanı nəqliyyat və mənzil sektorları arasında əməkdaşlığa dair maraqlı müzakirələr aparılacaq.

Bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yanq Tae Kim deyib.

Beynəlxalq Nəqliyyat Forumunun Almaniyanın Leypsiq şəhərində keçirilmiş İllik Sammitində ilk dəfə olaraq UN-HABITAT-ın rəhbərinin də iştirak etdiyini vurğulayan Yanq Tae Kim bildirib: “İkitərəfli müzakirələr zamanı o, həqiqətən də mənzil sektorunu nəqliyyat sektoru ilə əlaqələndirməyə diqqət yetirdi. Bakıda WUF13-ün təşkilatçısı kimi o, indi nəqliyyatla digər sektorlar arasında rahat əlaqənin, xüsusən də nəqliyyat sisteminin rəqəmsallaşdırılmasının bu günlərdə həqiqətən vacib bir mövzu olduğunu tamamilə başa düşür. Düşünürəm ki, Bakıda WUF13-ü təşkil etdiyiniz zaman bu iki fərqli sektoru birləşdirən xeyli maraqlı müzakirələr aparılacaq. İnanıram ki, Forum bu fərqli sektorlar arasında əməkdaşlığı əlaqələndirməyi bacaracaq”.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Избранный
1
2
azertag.az

3Источники