RU

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Rumıniyada sürətli şahmat üzrə Buxarest Qran-prisinin mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, 27 ölkənin təmsilçilərinin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil ediblər.
 

Meksikalı şahmatçı Xose Martines Alkantara və Aydın Süleymanlı hərəyə 8,5 xal toplayaraq birinci-ikinci yerləri bölüşüblər. Əlavə göstəricilərə görə, Azərbaycan millisinin üzvü turniri ikinci pillədə başa vurub.


Digər şahmatçımız Rauf Məmmədov isə 8 xalla yarışı 7-ci yerdə tamamlayıb.

Qeyd edək ki, Qran-pri yarışında ümumilikdə 581 şahmatçı mübarizə aparıb.

Bizim.Media

Избранный
3
5
bizim.media

6Источники