RU

PSJ tarixi uğurunu təkrarlaya bilər

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

PSJ tarixi uğurunu təkrarlaya bilər

Fransa Liqa 1-də mövsümün sonuna iki tur qalmış PSJ çempionluğa çox yaxındır.

QOL.az xəbər verir ki, Paris təmsilçisi hazırda turnir cədvəlində ən yaxın izləyicisi "Lans"ı 6 xal qabaqlayır və titulu rəsmiləşdirmək üçün cəmi 1 xal qazanmalıdır.

PSJ növbəti matçını məhz "Lans"a qarşı keçirəcək. Beləliklə, Paris klubu 21-ci əsrdə Fransa çempionatında ən yaxın rəqibi ilə oyunda çempionluğunu təmin edən üçüncü komanda ola bilər.

Qeyd edək ki, buna ilk dəfə 2001/2002 mövsümündə "Lion" nail olub. Daha sonra 2017/2018 mövsümündə PSJ "Monako"nu 7:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
2
qol.az

5Источники