RU

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.
 

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.


Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. (Apa.az)

Bizim.Media

Избранный
48
12
bizim.media

10Источники