RU

Tramp yanacaq vergisinin dayandırılmasını istəyir

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp yanacaq vergisinin dayandırılmasını istəyir.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp federal yanacaq vergisinin müvəqqəti olaraq dayandırılmasını istədiyini bildirib.

“CBS News”un xəbərinə görə, İran böhranı səbəbindən ABŞ-də benzin qiymətlərinin yüksək səviyyədə qalması fonunda Donald Tramp bazar ertəsi verdiyi açıqlamada 18 sentlik federal yanacaq vergisinin müəyyən müddətə dayandırılmasını təklif edib. O, eyni zamanda artan aviasiya yanacağı xərcləri ilə üzləşən hava yolu şirkətlərinə mümkün dəstək planını isə rədd edib.

Donald Tramp “CBS” telekanalına açıqlamasında bildirib: “Benzin vergisini müəyyən müddətə ləğv edəcəyik və benzin qiymətləri aşağı düşdükdən sonra onu mərhələli şəkildə yenidən tətbiq edəcəyik”.

Hava yolu şirkətləri üçün hər hansı xilasetmə planının əslində gündəmdə olmadığını vurğulayan Tramp, aviaşirkətlərin vəziyyətinin o qədər də pis olmadığını qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
banco.az

2Источники